Taxify sürücü reytinqini yüksək tutmağın 10 yolu (və sərnişinlərin 1 ulduz verməsinə 3 səbəb)

January 24, 2019

Ətrafınızdakılara yaxşı təəssürat bağışlamağın nə qədər əhəmiyyətli olduğunu bilirik. Taxify-da sürücü reytinqi sərnişinlərinizə nə qədər yaxşı münasibət göstərdiyinizi göstərir – əgər yüksəkdirsə, bu, çox yaxşıdır və azdırsa, əməkdaşlığa son qoyula bilər. Bu məqaləni bitirdikdən sonra, 5 ulduzlu reytinqin necə olacağına dair kifayət qədər məlumatınız olacaq.

Əvvəlcə – Taxify-da yaxşı sürücü reytinqini necə təmin etmək olar?

İpucu #1 Başdan sona qədər yaxşı təəssürat oyatmaq

Sifariş qəbul etdikdən sonra ekranda sərnişinin yerini, ona qədər olan məsafəni və təxmini çatma vaxtını görürsünüz. Sərnişinlər adətən qeyd etdikləri nöqtədə gözləyir, bu səbəbdən yaxın ərazi və ya uzaq məsafədə yox, elə həmin nöqtədən sərnişini götürməyə çalışın.

Həmçinin, dəqiq olmağa çalışın məsələn – tətbiqetmədə qeyd olunan avtomobilin nömrəsi və modeli fərqli olmamalıdır. Profilinizdə şəkil olmasını təmin edin.. Bunlar vacib məqamlardır, çünki xoş təəssürat hər zaman sərnişinlərdə yaxşı fikir formalaşdırmağa yardımçı olur.

İpucu #2 Zəng etməkdən çəkinməyin

Ünvana çatdınız, gözlədiniz, lakin heç kəs görünmədi?

Müştərinin ünvanına çatdıqdan sonra 5 dəqiqə ərzində gözlədiniz lakin heç kəs yoxdur, müştəri ilə əlaqə saxlamağa çalışın. Sağda künc tərəfdə 3 zolaqlı bölməyə daxil olaraq müştəriyə zəng edə bilərsiniz. Çox güman ki, onlar bir kənarda sizi gözləyir, evdəkilər ilə sağollaşır və ya sadəcə sizi tapa bilmirlər. Onlara bir qədər vaxt verin, ünvana çatan kimi dərhal zəng etməyin. 5 dəqiqə gözləmədən sonra əgər zənginizə cavab vermirsə, və ya nömrəyə zəng çatmırsa, gedişi ləğv edərək “müştəri görünmədi” səbəbini seçin.

İpucu #3 Qeyd olunmuş təyinat nöqtəsi son ünvandırmı?

… gedişə başlamazdan əvvəl sualınızı düzgün qurmağa çalışın. Qarışıqlıq yaratmağın və sərnişin tərəfindən aşağı qiymət almağın qarşısını almaq məqsədilə nəzakətli bir formada sərnişindən qeyd etdiyi ünvanın dəqiqliyini və son ünvan olub olmadığını öyrənməyə çalışın. Xüsusilə back to back sifarişləri zamanı sərnişinlərdən son ünvanı dəqiqləşdirmək mütləqdir.

Back to back sifarişləri sizə sifarişlər arasında olan gözləmə vaxtını azaltmağa və qazancınızı artırmağa yardımçı olur. Əgər sərnişin bir neçə ünvana gedəcəksə, ilk ünvana yaxınlaşan zaman dərhal ikinci ünvanı qeyd etməsini xahiş edin, əks təqdirdə ikinci xətdə sizi gözləyən sifarişi qəbul etmək məcburiyyətində qala bilər, və ilk sərnişində narazılıq yarada bilərsiniz. Mövcud sifarişi tamamlamağa yaxın sizə ikinci sifariş gələn zaman nə edəcəyinizi çox güman ki, bilirsiniz. Bu funksiyanı deaktiv etmək üçün, gedişi qəbul etdikdən sonra sağ üst küncdəki üç zolaqlı bölməyə daxil olun və  “Növbəti gedişi qəbul et” funksiyasını deaktiv edin.

Əgər qeyd olunan ünvan son ünvan deyilsə, sizin iki variantınız var:

  1. Nəzakətli şəkildə sərnişindən ünvanı dəyişməsini xahiş edin
  2. Və yaxud sərnişinin razılığına əsasən ünvanı öz tətbiqetmənizdə dəyişin

Beləliklə daha yaxşı qurulmuş sual qeyd olunan ünvan, son ünvan olacaq? sizin Taxify mantranızdır. Sürücünü reytinqinizə təsir göstərə bilər.

İpucu #4 Nəzakətli olun

Salam vermək, və ya birinə xoş gün arzu etmək o qədər də çətin deyil. Təəssüf ki, insanların bir-birinə qarşı nəzakətli olması günbəgün azalır. Dövrəni qırın və sərnişinlərinizi gülərüz salamlayın və yaxşı bir təəssürat buraxın. Bu uzun müddət yadda qalacaq və dünyanı daha gözəl bir yer halına gətirməyə yardımçı olacaq.

İpucu #5 Ehtiyac yaranarsa kömək edin

Cəngavərlik qətiyyən ölməyib. Sərnişinin baqajı (yükü) olan zaman yerinizdə əyləşməyin. Onlara yükü yerləşdirməyə kömək etmək və ya sadəcə qapını açmaq belə nəzakətli davranış formalarından biridir və sonda reytinqinizə öz təsirini göstərəcəkdir.

Bura qədər zaman ayırmısınızsa bu yazımız da sizi maraqlandıra bilər: Taxify bonusları ilə necə əlavə gəlir qazanmaq olar?

İpucu #6 Avtomobili təmiz saxlayın

Toz, zibil qalıqları heç zaman xoş təəssürat oyatmır. Heç kəs bir zibil yığınında oturmaq istəməz. Avtomobilinizi təmiz saxlayın. Bu o demək deyil ki, hər gün kimyəvi təmizləməyə və avtomobil yuma məntəqələrinə müraciət etməlisiniz.

Həmçinin, avtomobilinizə kənardan baxın. Uzun müddət süngər və sabun görməyib, elə deyilmi? Elə isə onu təmizləyin.

İpucu #7 Rahatlıq yaradın

Gözəl musiqi səssizlikdən daha xoşa gələndir. Bəziləri kondisioneri yandırmağı, bəziləri isə xəstələnməkdən qorxduqları üçün kondisioneri söndürməyi tələb edə bilər. Sərnişinlərin fikrinə hörmətlə yanaşın. Musiqinin səsini azaltmağı tələb etsələr, mahnının keyfiyyəti və necə dinləmək lazım olduğu barədə mübahisə etməyə başlamayın. Sadəcə səsi azaldın. Bu bizi növbəti nöqtəyə gətirir.

İpucu #8 Sakit olun

Dəyişdirə bilmədiyiniz bir şeyə görə narahat olmağa ehtiyac yoxdur. Xüsusilə də sükan arxasında olan zamanl. Beləliklə, əgər musiqi zövqünüz sərnişin ilə eyni deyilsə və ya mənfi enerji əldə etsəniz, narahat olmayın. Yolda qəzəb təhlükəlidir, ən pis halda yol qəzasına səbəb ola bilər. Heç kəs bunu istəməz.

İpucu #9 Sərnişin tək başına olmadıqda, söhbət edin

Bəzi insanlar digərləri ilə müqayisədə daha çox danışır. Söhbəti siz aça bilərsiniz, lakin heç vaxt məcbur etməyin. Sərnişinizlə danışmaq üçün ortaq maraqlarınız varsa, onda söhbət edin. Amma sakitliyin də daha yaxşı bir seçim olduğunu unutmayın.

Söhbət açan zaman həssas və şəxsi olmayan mövzular açmağa üstünlük verin. Hava və ya ev heyvanları haqqında söhbət cansıxıcı ola bilər, amma siyasi fikirlərlə əlaqəli söhbətlərdən daha əlverişlidir.

İpucu #10 Sonuncu, eləcə də ən vacib – təhlükəsiz idarə etmə

Sözsüz ki, bir sərnişinə təklif edə biləcəyiniz ən mühüm şey təhlükəsizlikdir. Hər kəs A nöqtəsindən B nöqtəsinə təhlükəsiz getmək istəyir və bunun üçün sizə güvənir.

Sürət həddini aşmamaq bir məsləhətdən çox məsuliyyətdir. Eyni zamanda qırmızı işıqda dayanmaq, yol hərəkəti qaydalarına riayət etmək hər bir sürücünün borcudur. Və əlbəttə ki, sükan arxasında olan zaman sosial şəbəkələrdə gəzinmək, whatsappda yazışmaq olduqca təhlükəlidir.

Və bonus bölmə – sərnişinlərin verdikləri 1 ulduzlu reytinqin arxasındakı səbəbin nə olduğu maraqlıdırmı?

Sürücü reytinqini yüksək səviyyədə saxlamaq və ya yaxşılaşdırmaq üçün pis rəy əldə etməməlisiniz. Burada sərnişinlərin sürücülərə aşağı qiymət verməsinin bir neçə səbəbinə nəzər salaq:

  • Sürücünün kobud və nəzakətsiz olması
  • Özümü təhlükədə hiss edirdim
  • Sürücü, söhbət etmək üçün ruh halında olmadığımı görə-görə danışdı, susmadı

Reytinqim aşağı olduğu üçün sürücü hesabım bloklanmışdır, nə etməliyəm?

Müştəri məmnuniyyətini təmin etmək məqsədilə sürücü reytinqi 4.5-dən aşağı olan zaman hesaba məhdudiyyət qoyulur. Hesabın bloklanmasının iki növü var, müvəqqəti və daimi. Müvəqqəti blokun müddəti daha əvvəl neçə dəfə bloklandığınıza bağlıdır.

Sürücü reytinqiniz 4,5 ulduzdan aşağı olarsa, Taxify komandası ilə əlaqə saxlamalısınız. Hesabınızı blokdan çıxarmaq üçün Taxify ofisinə yaxınlaşmalısınız yenidən təlim keçməli olacaqsınız. Növbəti dəfə bu cür halların qarşısını almaq üçün, kifayət qədər məlumatınız olacaq.

Artıq bütün ipucularını bildiyinizə görə reytinqi yüksək saxlamaq sizin öz əlinizdədir.

Və əgər hələ də 5 ulduzlu bir xidmətə başlamamışsınızsa, buradan qeydiyyatdan keçin.

Recent posts