Taxify bonusları ilə necə əlavə gəlir qazanmaq olar?

January 18, 2019

Taxify-ın ümumi ideyası çox sadədir – sürdükcə qazanırsınız. Nə qədər çox sürsəniz, o qədər çox qazanc əldə edəcəksiniz. Əlavə gəlir əldə etməyiniz üçün günün müəyyən saatlarında aktiv olan bonus sistemi tətbiq etdik.

İlk növbədə Taxify bonus saatlarına nəzər salaq. Taxify sizə Həftə içi səhər saat 08:00-dan 10:00-a qədər 96 dəqiqə xətdə qalmaq şərti ilə tamamlanmış 4 gediş üçün 6AZN bonus təqdim edir.

Həftəlik yeniliklər və bonuslar haqqında məlumat sizə tətbiqetmə vasitəsilə göndərilir. Göndərilən mesajları qəbul etdiyinizdən və oxuduğunuzdan əmin olun ki, yeniliklərdən xəbərdar olasınız və gəlirinizi artıra bilərsiniz.

Əlavə olaraq mövcud kampaniyalar əsas səhifədə öz əksini tapır.

Bunun üçün əsas səhifədə kampaniyalar bölməsinə daxil olun. Kampaniyalar yazısına klikləyin və ətraflı məlumat əldə edin.

Bir sözlə aktiv və diqqətcil olun ki, sizə göndərilən məlumatları qaçırmayasınız.

Nə qədər qazandığınızı görmək istəyirsiniz?

Siz öz qazanc və bonuslarınıza sürücü portalından nəzarət edə bilərsiniz. Digər yol isə sürücü tətbiqetməsində əsas səhifədəki “Qazanclar” bölməsidir.

  

  • Balans bölməsi sizin başlanğıc və cari balansınızı göstərir.
  • Mənfəət bölməsi sizin gəlir və mənfəətlərinizi göstərir. Burada siz nağd və nağdsız gedişlərinizə baxa bilirsiniz.
  • Net qazanc sizin komissiya çıxıldıqdan sonra qalan balansınızı göstərir.

Bu bölmələrin hamısı cari həftə, ötən həftələr və son 3 ayın qazancını sizə təqdim edir. Həmçinin sütunlara klikləyərək hər günə ayrılıqda da nəzər sala bilərsiniz.

Yalnız öncəki gün qazanılmış bonusları görə biləcəyinizi unutmayın.

Bonusların qazanılması

Bonuslar gün ərzində balansa əlavə edilir və həftəlik qazancınız ilə birlikdə sizə göndərilir.

Harada və necə qeydiyyatdan keçməli?

Qeydiyyat çox asandır və 5 dəqiqə vaxtınızı alacaq. Burada qeydiyyatdan keçin.

Recent posts