Bakıda Taxify sürücüsü olmaq üçün nə etməli?

January 10, 2019

Sərbəst qrafik, müdirsiz iş, əla qazanc. İş qrafiki yox, müdir yox, qazanc var. Öz işinizdən savayı əlavə vaxtlarınızı qazanca çevirmək və ya günün tamamını həftəyə 500AZN-dək qazanc əldə etmək istərsinizmi?

Sürücü olmaq üçün

Sizdən bəzi sənədlər tələb olunur:

  • Sürücülük vəsiqəsi (daha ətraflı burada)
  • Fərqlənmə nişanı  (daha ətraflı burada)
  • Təxmini 1 il sürücülük təcrübəsi
  • Şəxsi avtomobil: 18 ildən köhnə olmayan, 4 qapılı, baqaja malik, kondisionerli
  • Məhkumluq haqqında arayış

Əgər sadalanan sənədlər sizdə mövcuddursa, qeydiyyatdan keçin. Qeydiyyatdan keçdikdən sonra (adətən 5 dəqiqə və ya daha az vaxt tələb edir), siz e-mail vasitəsilə ətraflı məlumat əldə edəcək və təlim üçün ofisə dəvət ediləcəksiniz. Qeydiyyat prossesini sürətləndirmək üçün tələb olunan sənədləri yükləməyiniz arzuolunandır.

Təlimlər adətən Taxify Bakı ofisində keçirilir (Xocalı pr.55/mərtəbə 12) və yaxud əməkdaşlarımız sizinlə əlaqə saxlayaraq online formada qeydiyyatınızı tamamlayır.

Qeydiyyatın tamamlanması adətən 1-3 iş günü davam edir.

Taxify tətbiqini yükləyin və ilk müştərinizi qəbul edin

İşə başlamaq üçün ilk növbədə cihazınıza uyğun tətbiq yükləməli olacaqsınız (Android, iOS). Tətbiqə daxil olan zaman biz tərəfdən təqdim olunan login və şifrəni istifadə edəcəksiniz. Login və şifrə sizə qeydiyyatınız təsdiqləndikdən sonra SMS və ya E-mail vasitəsilə göndərilir.

Tətbiqin istifadəsi çox sadədir:

 

  • Sağa sürüşdürün və online olun əsas səhifədə radiusu tənzimləyin
  • Sifariş qəbul edən zaman ekranda vaxt və müştəriyə qədər olan məsafəni görəcəksiniz
  • Sifarişi qəbul etmək üçün sağa sürüşdürün- cəmi 20 saniyəniz var
  • Qarşılama yerinə çatan zaman ‘’çatdım” yazısını sağa sürüşdürün

Müştərinin qeyd etdiyi ünvana çatdıqdan sonra 4-5 dəqiqə ərzində onu gözləyin, müştəri görünmədiyi təqdirdə onunla əlaqə saxlaya bilərsiniz. Müştəri ilə əlaqə saxlamaq üçün sağ küncdə 3 xətt olan bölməyə daxil olun. Əgər 5 dəqiqə ərzində müştəri gəlməzsə və zənginizə cavab verməzsə sifarişdən imtina edə və səbəb kimi “müştəri görünmədi” qeyd edə bilərsiniz.

Təyinat nöqtəsinə çatdıqdan sonra gedişin sonu yazısını sağa sürüşdürün və müştəri ilə sağollaşın. Unutmayın ki, nəzakətli davranış yüksək səviyyəli xidmət göstərmək üçün ən vacib amildir. Reytinq ilə bağlı daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

Ödənişlər

Taxify-da müştərilər iki cür ödəniş edir, nağd və kart vasitəsilə. Kart ilə olan ödənişlər balansınızda toplanır və komissiya haqqı həmin balansdan çıxılır.

Əgər balansınızdakı məbləğ 20AZN-dən yuxarı olarsa, hesab təqdim edərək məbləği nağdlaşdıra bilərsiniz. Ödənişlər tərəfimizdən həftəlik olaraq göndərilir və Banklardan asılı olaraq hesabınıza oturur.

Qiymətlər necədir?

Aylıq komissiya və ya gizli faizlər yoxdur – sürücülərin ödədiyi komissiya haqqı təqribi 20%-dir. (şəhərdən asılı olaraq). Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz baku@taxify.eu

Maraqlıdır? Elə isə qeydiyyatdan keçin.