Yeni ildə daha yaxşı gəlir əldə etmək üçün bələdçiniz

December 14, 2018

 

Möhtəşəm mövsüm artıq qapımızdadır. İlin bu gününü həqiqətən də gözəl keçirtmək məqsədilə sizə bu yeni il ərəfəsində qazancınızı artıqmaq üçün bir neçə ipucu vermək istərdik.

İnsanların tətillərdə masa ətrafına əyləşərək birlikdə şam yeməyi yeməkdən başqa bir şey etmədiyi inancının əksinə, yeni il ərəfəsi Taxify sürücüləri üçün həqiqətən sıx iş günləri təklif edəcəkdir. Sonsuz alış-veriş həyəcanı, korporativ şənliklər və ailəvi görüşlər – bütün bunlar sifariş sıxlığını artıracaqdır.

Avtomobil idarə edərkən diqqətli olun

Nəzərə alsaq ki, bu dəfə Yeni il tətili həftənin ilk günlərinə təsadüf edir, bayram gedişlərinə daha tez başlamağınız uğurlu seçim olardı. Ötən həftə şəhərin hər tərəfində tələsən və A nöqtəsindən B nöqtəsinə asan yol axtaran, bununla bağlı onlara kömək göstərməyiniz üçün onlayn olmağınızı gözləyən kifayət qədər sərnişin var idi.

Əgər insanların harada və nə vaxt hədiyyə axtarışına çıxdıqlarını öyrənmək istəsəniz, burada ən məşhur alış veriş məkanları haqqında məlumat əldə edə bilərsiniz.

Yeni il bonusları

Yeni il bonuslarına nəzər salmağı unutma! Bunun üçün, sürücü proqramının ana səhifəsində Aktiv Kampaniyalar bölməsinə daxil olun. Orada bütün aktiv kampaniyaların detalları və hər kampaniyadan bonus qazanmaq üçün neçə sifariş tamamlamalı olduğunuz barədə məlumat ilə tanış ola bilərsiniz.

Hava şəraitindən faydalanın

Qar dənəcikləri və şaxtalı hava yalnız mahnılarda və pəncərən baxdıqda romantikdir. Əslində heç kəs ayaqlarının islanmasını və burunlarının buz kəsməsini istəmir. Pis hava şəraitində taksi sifarişinə yönələn insanların sayı artır. Bu sizin üçün şad xəbərdir: daha çox müşəri = daha çox gəlir.

Sıxlıq günlərində həmçinin ard-arda gedişlər edə bilərsiniz, bu isə gedişlərinizi optimallaşdırmaq, yanacağa qənaət etmək və günlük qazancınızı artırmaq üçün əla yoldur.

Abu-havanı ətrafa yayın

Dostcanlı olmaq və müştəriləri cəlb etmək böyük əhəmiyyət kəsb edir. Əsasən də bayram günləri. Mahnı siyahınıza klassik Milad mahnıları (burada Spotify siyahısından birini seçə bilərsiniz ) əlavə emtəklə gedişlərə  Yeni il həyəcanı qatın və müştərilərinizin həyatına şirinlik qatmaqla onları təəccübləndirin.