Yeni il ərəfəsi nə vaxt və harada hərəkət etməli?

December 07, 2018

Heç fikirləşmisinizmi insanlar Yeni il alış-verişini öncədən edir yoxsa Yeni ilə günlər qala? Taxify-in statistikasına nəzər saldıq və sizin üçün ən çox qazanc əldə edə biləcəyiniz yer və saatları təyin etdik.

Nəticə etibarilə çoxları Yeni il ərəfəsində, iki ya üç gün əvvəl alış-veriş edir. Alış-veriş mərkəzlərinə getmək üçün ən məşhur günlər 23-24 dekabr tarixləridir. Ümumilikdə isə Yeni il abu-havası 1 həftə öncədən başlayır.

Əlbəttə ki, 31 dekabrdan əvvəl alış-veriş məkanlarına ayaq basmayan rahat insanlar da var. Lakin görünür ki, əksər insanlar bu tarixi evdə hədiyyə paketləməklə məşğul olur və vaxtlarını sevdikləri ilə birlikdə keçirir. Sizə də bunu məsləhət görürük.

Ötən il Bakıda ən məşhur alış-veriş məkanları bunlar idi:

  • Ganjlik Mall Shopping Center
  • 28 Mall Shopping Center
  • Park Bulvar Mall
  • Metropark Shopping Mall
  • Port Baku Mall
  • Nargiz Shopping Mall
  • Bravo Hypermarket